Ermənistanda ehtiyatda olan hərbçilərin təlimi başlayıb


20:47     18 Noyabr 2021 21_11_18_1637249103.jpg

Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri təlim-məşq toplantısına çağırıb.

“Report” “News.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təlim-məşq toplantısı noyabrın 18-dən dekabrın 18-dək davam edəcək.

Təlimə ehtiyatda olan 13 zabit, 28 unter-zabit və 161 sıravi cəlb olunub.

Açar sözlər:

Oxunub: 513