Ankarada yaşayış binasında partlayış: ölənlər və yaralananlar var


09:47     19 Noyabr 2021 2021/11/2DCDF736-6CF6-49FE-949C-411506F2BA26_1637304371.png

Türkiyənin paytaxtı Ankara şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.

Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub. Binanın bir hissəsi çöküb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.





Femida.az

Açar sözlər: #Türkiyə   #partlayış    

Oxunub: 656