Axtarışda olan 94 nəfər saxlanılıb


10:36     19 Noyabr 2021 2021/11/A0C57A6C-B7C2-4C18-B24C-7D7D3286F19A_1637312836.jpeg

Ötən gün Azərbaycanda törədilən 43 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 94 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Din    

Oxunub: 539