Gürcüstanda son sutkada virusdan 63 nəfər ölüb


12:18     19 Noyabr 2021 2021/11/645C3715-B501-44E6-A0C4-22FFF7D33D13_1637313832.png

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 278 yoluxma halı qeydə alınıb, 63 nəfər ölüb.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 804 571, ölənlərin sayı isə 11 352 nəfərə çatıb. Virusa yoluxanlardan 741 470 (91%) nəfərin sağaldığı bildirilir.


Femida.az

Açar sözlər: #Gürcüstan    

Oxunub: 495