Ermənistanda virusdan ölənlərin sayı 7212 nəfərə çatıb


12:50     19 Noyabr 2021 2021/11/E028E710-7CC4-44B3-8307-7EFFBA49AFA8_1637314789.png

Ermənistanda son sutka ərzində daha 799 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 332 713 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 29 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7212-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1402 nəfərdir. Aktiv xəstələrin sayı 22 243 nəfər təşkil edir.

Femida.az

Açar sözlər: #Ermənistan   #Virus    

Oxunub: 377