İran-Azərbaycan sərhədində 38 mina aşkarlanıb


13:11     19 Noyabr 2021 2021/11/0370274E-0F92-423F-A4F5-7576E2BB7334_1637315525.png

Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) Femida.az -a verilən məlumata görə, bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitə­lərinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri, eləcə də sərhəd mühafizə infrastruk­turunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.

Noyabr ayının ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan - İran dövlət sərhədi­nin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənmiş, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləş­dirilmişdir.

Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanmış, 1300 m məsafədə işlər davam etdirilir.

Femida.az

Açar sözlər: #DSX   #Mina    

Oxunub: 520