"Cənubi Qafqazın inkişaf edən regiona çevrilməsi bizdən asılıdır" - XİN rəsmisi
13:28 19 Noyabr 2021
Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsi regionda təhlükəsizlik və əməkdaşlıq üçün çox mühümdür. Azərbaycanın və Rusiyanın bu məsələdə maraqları üst-üstə düşür.
Femida.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında söyləyib.
Rusiya-Azərbaycan Ekspert Şurasının iclasının ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyindən əminliyini ifadə edən Elşad İskəndərov deyib: “Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir. Cənubi Qafqazın inkişaf edən regiona çevrilməsi bizdən asılıdır. Nəqliyyat və kommunikasiya şəbəkəsinin qurulması Avropa və Asiya ilə körpünün yaradılmasında çox əhəmiyyətlidir və bu da maraqlı tərəflərin iqtisadiyyatına, inkişafına mühüm töhfə verəcək”.
O, həmçinin bildirib ki, Azərbaycan-Rusiya əlaqələri iki ölkə lideri arasındakı qarşılıqlı etimada və dostluq münasibətlərinə əsaslanır.
Femida.az
Oxunub: 502
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: "Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarışlar göndərilib"
- Azərbaycan XİN: "Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq"
- Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb