DİN-dən qazilərin aksiyası ilə bağlı açıqlama


14:27     19 Noyabr 2021 2021/11/9D9F4EA3-2905-4EA8-A0A9-08DDFFF4E96C_1637318451.jpeg

Bu gün 26 nəfər sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb.

Bu barədə Femida.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda, qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb", - nazirlikdən qeyd olunub.

Femida.az

Açar sözlər: #DİN   #Qazi    

Oxunub: 267