Şirkətin pulunu mənimsəyənlərə cinayət işi açılıb
14:45 19 Noyabr 2021
“Avrora” MMC-nin Quba rayon filialında yol verilmiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Quba Rayon Prokurorluğundan Femida.az -a verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Rəhman Fətəliyev 2018-2019-cu illər ərzində həmin filialın satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib ona etibar edilən 26 900 manat məbləğində pulu xəzinəyə təhvil verməyərək mənimsəyib.
Həmçinin, Tarlan Amrakhzade həmin filialın satış üzrə bölmə rəhbəri vəzifəsində işləyərkən 2019-cu ilin sentyabr ayında öz qulluq mövqeyindən istifadə edib ona etibar edilən ümumillikdə 6 500 manat məbləğində pulu xəzinəyə təhvil verməyərək öz şəxsi ehtiyyacları üçün xərcləyərək mənimsəyib.
Rəhman Fətəliyev və Tarlan Amrakhzade CM-nin 179.2.3, 179.2.4-cü ( şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə dəyən ziyanın tam ödənilməsi təmin edilib. Hazırda cinayət işi aidiyyəti üzrə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 624
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb
- Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib, ölən var
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- Qubada 35 yaşlı kişi qətlə yetirilib