Türkiyə ordusu PKK/YPG-nin daha 9 terrorçusunu məhv edib


15:25     19 Noyabr 2021 turkiye%20femida%20ordu.jpg

Türkiyə ordusu PKK/YPG terror qruplaşmasının daha 9 silahlısını məhv edib.

Femida.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib.

“Üçü Pəncə-Qaplan, ikisi Barış Pınarı və dördü Zeytun budağı bölgələrində olmaqla ümumilikdə PKK/YPG-nin 9 terrorçusu zərərsizləşdirilib. Mehmetciyin nəfəsi terrorçuların boynundadır”, - nazirlikdən bildirilib.

Açar sözlər:

Oxunub: 346