NATO Rusiyaya xəbərdarlıq edib


16:18     19 Noyabr 2021 nato.jpg

“Ukrayna sərhədlərinə yaxın yerlərdə Rusiya qoşunlarının böyük və fövqəladə sıxlığını müşahidə edirik”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, Ukrayna sərhəddindəki hadisələri yaxından izlədiklərini bildirib: “Proseslərə nəzarət edirik. Ukraynaya dəstək verməyə davam edəcəyik. Rusiyanı şəffaf olmağa, vəziyyəti mürəkəbbləşdirməməyə çağırırıq”.

Açar sözlər:

Oxunub: 164