Bakıda 2 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib


19:14     19 Noyabr 2021 21_11_19_1637333642.jpg

Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Femida.az bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək. Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.

Açar sözlər:

Oxunub: 417