Hindistanda leysan yağışlarında 17 nəfər ölüb


09:18     20 Noyabr 2021 2021/11/e7b06bd5-ac79-34e2-a8ee-f64a3672bd1c_850_1637385524.jpg

Hindistanın cənub-şərqində musson leysanlarının tüğyan etdiyi Andhra-Pradeş ştatında azı 17 nəfər ölüb.

Femida.az-nın məlumatına görə, bu barədə “The Times of India” xəbər verib.

Məlumata görə, təbii hadisə zamanı 100-ə yaxın insan itkin düşüb.

Cümə axşamı axşam saatlarında başlayan leysan daşqınlara səbəb olub, yolları sıradan çıxarıb, bir sıra kəndləri su basıb. Zərər çəkmiş ərazilərdə xilasetmə əməliyyatına başlanılıb, əməliyyatlarda ölkənin Hərbi Hava Qüvvələrinin helikopterlərinin ekipajları və təbii fəlakətlərlə mübarizə qüvvələrinin bölmələri iştirak edir.

NDTV kanalının məlumatına görə, ştatın bir sıra ərazilərində 200 mm-ə qədər yağıntı düşüb. Hakimiyyət orqanları zərərçəkənlər üçün müvəqqəti yaşayış düşərgələri yaradıb və əhalini pulsuz yeməklə təmin edib.

Hindistanın baş naziri Narendra Modi Andhra-Pradeşə bütün lazımi yardımı göstərəcəyini vəd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 438