Niderlandda polis aksiyaçılara atəş açıb


09:23     20 Noyabr 2021 2021/11/ff853e0c-9871-32ed-b4b6-87bed3213401_850_1637385594.jpg

Niderlandın Rotterdam şəhərində baş verən iğtişaşlar zamanı azı 7 nəfər yaralanıb.

Femida.az-ın xəbərinə görə, bu barədə Niderlandın Yayım Korporasiyası (NTK) şəhərin meri Əhməd Abutalibə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, polisin atəş açması nəticəsində bir neçə nəfər yaralanıb, qarşıdurmalar zamanı habelə bir neçə polis əməkdaşı da xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azı 20 nəfəri saxlayıb. Abutalibin sözlərinə görə, hazırda polis şəhərin mərkəzinə nəzarəti bərpa edib.

Cümə gecəsi Rotterdamda koronavirus məhdudiyyətlərinə qarşı keçirilən nümayiş iğtişaşlara çevrilib, nəticədə bir neçə yüz adam polis əməkdaşlarına daş və fişəng atıb. Azı dörd polis maşını yandırılıb.

Etirazlara səbəb hökumətin koronavirus məhdudiyyətləri və digər tədbirləridir.

Femida.az

Açar sözlər:

Oxunub: 225