ABŞ-ın hərbi təyyarələri toqquşub


09:52     20 Noyabr 2021 2021/11/21be349d-4a62-37b6-ba8c-60f5f604ff86_850_1637385727.jpg

ABŞ-ın Texas ştatındakı Laflin Hərbi Hava Qüvvələri bazasında iki "T-38C Talon" təlim təyyarəsinin iştirakı ilə baş verən qəzada bir pilot həlak olub, ikisi müxtəlif dərəcədə ağır yaralanıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat bazanın saytında yer alıb. Hərbçilərin məlumatına görə, xəsarət alan pilotlardan birinə tibb məntəqəsində yardım göstərilib və evə buraxılıb, digəri isə ağır vəziyyətdə tibbi aviasiya tərəfindən xəstəxanaya aparılıb.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmır. Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 215