ÜST: "COVID-19-la mübarizədə antibiotiklərin istifadəsi artıb"


10:23     20 Noyabr 2021 2021/11/8f3553f2-57db-322e-b475-e7a856241bd2_850_1637390330.jpg

"COVID-19-la mübarizədə xəstəxanalarda antibiotiklərin qeyri-adekvat şəkildə istifadəsi daha da artıb".

Femida.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Avropanın 9 ölkəsində araşdırmalar aparılıb: “Məlum olub ki, 79-90% insanlar yoluxmadığı halda antibiotiklərdən istifadə edərək yoluxmanın qarşısını almağı düşünür. Yoluxanların 15%-i bakterial yolla yoluxur və antibiotiklər onlara kömək edə bilər, amma 75%-i ondan istifadə edir".

Femida.az

Açar sözlər:

Oxunub: 397