Britaniya Pekin olimpiadasını boykot etməyi düşünür


12:50     20 Noyabr 2021 2021/11/d6dab67c-9048-3dbb-a732-f1537c5ac3e5_850_1637393185.jpg

Böyük Britaniyanın baş naziri Boris Conson Çində insan haqlarının pozulmasına etiraz olaraq qarşıdan gələn Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot etməyi düşünür.

Femida.az-ın "The Times" nəşrinə istinadən məlumatına görə, yerli hökumət bu üsula əl atmağı planlaşdıran ABŞ-dan nümunə götürüb-götürməmək barədə aktiv müzakirələrə başlayıb.

Daha əvvəl "Washington Post" nəşri yazıb ki, ABŞ administrasiyası yarışı boykot etmək məqsədilə rəsmilərin Pekinə göndərilməsindən imtina edib.

Vaşinqtonda bu məsələ ilə bağlı yekun qərar verilməsə də, Birləşmiş Ştatlar prezidenti Cozef Baydenin boykot üçün tövsiyələr aldığı və bununla razılaşmaq niyyətində olduğu bildirilib. İddiaya görə, prezident noyabrın sonunadək qərarını açıqlayacaq.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 433