İranla iqtisadi əlaqələrin inkişafı müzakirə edilib


13:15     20 Noyabr 2021 2021/11/8d784370-41d5-31a9-a800-d7b997062a80_850_1637397108.jpg

İranın Azərbaycandakı Səfirliyi ölkəsinin iş adamlarının iştirakı ilə görüş keçirib.

Femida.az İran mətbuatına istinadən xəbər verir ki, səfirliyin ticarət attaşesinin də iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin son vəziyyəti və inkişafı müzakirə edilib.

İştirakçılar iqtisadi əlaqələrin genişləndirilməsindəki maneələrin aradan qaldırılması yollarını müzakirə edib, bu cür görüşləri davam etdirməyi qərara alıb. Bunun üçün İran səfiri həftədə bir dəfə belə görüşə qatılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 190