Goranboy sakini minaya düşüb


14:00     20 Noyabr 2021 2021/11/deee222_1637403482.jpg

"Minaya düşən Goranboy sakini Şahin Qarayev sol ayağından ciddi xəsarət alıb".

Bu barədəd Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda yaralı xəstəxanaya aparılır.

13.17

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Daha sonra Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar. Şahin Qarayevin xəsarət aldığı məlum olub. Hazırda yaralı xəstəxanaya aparılır", - Mətbuat Xidmətindən bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 250