Ermənistan son döyüşlərində 21 hərbçisini itirib, 100-ə yaxın yaralısı var


14:33     20 Noyabr 2021 2021/11/3fc69e80-439b-3df8-bd8f-45e0c19c3b52_850_1637403701.jpg

Ermənistanın nobayrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı nə qədər itki verdiyi məlum olub.

Femida.az xəbər verir ki, bu barədə “Caliber” Azərbaycan və Rusiyadakı hərbi dairələrində olan mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan Silahlı Qüvvələri 21 hərbçisini itirib. Azərbaycan tərəfindən saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan Silahlı Qüvvələrinin yaralılarının sayı isə 100-ə çatır.

Femida.az

Açar sözlər:

Oxunub: 577