Türkiyə ordusu “Pəncə” əməliyyatlarında 831 terrorçunu məhv edib


16:42     20 Noyabr 2021 21_11_20_1637408548.jpg

Türkiyə ordusu “Pəncə” başlıqlı əməliyyatları çərçivəsində 7 ay ərzində 831 terrorçunu zərəsizləşdirib.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatlar nəticəsində terrorçuların 1407 mağara və sığınacağı, eləcə də 1812 əl qumbarası məhv edilib, 1281 ədəd müxtəlif növdə və çapda silah, 316 min 46 sursat ələ keçirilib.

“Metina və Avaşin-Basyan bölgələrində davam edən əməliyyatlarla əsgərlərimiz çətin relyef şəraitinə baxmayaraq, terrorçuların istifadə etdiyi mağaralara bir-bir daxil olur və ərazini terrorçulardan təmizləyir”, - deyə açıqlamada qeyd olunub.

Açar sözlər:

Oxunub: 204