Bakıda mənzildən 15 min manatlıq oğurluq edən keçmiş məhkum saxlanılıb


16:59     20 Noyabr 2021 21_11_20_1637408687.jpg

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyən edilib.

Rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıb.

Açar sözlər:

Oxunub: 421