Cənubi Koreyada yüksək patogenli quş qripinə yoluxma halları aşkarlanıb


17:48     20 Noyabr 2021 21_11_20_1637408954.jpg

Cənubi Koreyada bu mövsüm yüksək patogenli quş qripinə (H5N8) yoluxma ilə bağlı altı hal müəyyən edilib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Ərzaq, Kənd Təsərrüfatı, Meşə və Balıq Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.

Son yoluxma halları 24 min quşun saxlanıldığı Çolla Namdo əyalətinin Kancin mahalındakı ördək fermasında qeydə alınıb.

Qaydalara görə, yoluxmuş fermalardan üç kilometr radiusda olan bütün quşlar evtanizasiya edilməlidir. Xəstəliyin baş verdiyi yerdən 10 kilometr radiusda quşçuluq təsərrüfatlarının və heyvandarlıq obyektlərinin fəaliyyəti bir ay müddətinə dayandırılır.

Açar sözlər:

Oxunub: 366