Daha bir oliqarx azadlığa çıxdı
19:21 28 May 2015
DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan iş adamı Adnan Məmmədov həbsdən azad edilib.
Femida.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.
Məlumata görə, biznesmen Adnan Məmmədovun adı Azərbaycan Beynəlxalq Bankının Dubay filialındakı maliyyə pozuntuları məsələsinə dair işdə keçirdi.
Qeyd edək ki, bu iş üzrə daha bir biznesmenin adı keçir. Bu, Azərbaycan Beynəlxalq Bankının Dubay filialının keçmiş rəhbəri Adil Hüseynovdur. Adil Hüseynov Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilən və daha çox “qara polkovnik” kimi tanınan Fətulla Hüseynovun oğludur.
Biznesmen Adnan Məmmədov həbs edilən Adil Hüseynovun qaynıdır.
Xatırladaq ki, kredit qalmaqalına görə saxlanmış daha bir iş adamı - oliqarx Hacı İbrahim Nehrəmli də dünən "Bandotdel"dən sərbəst buraxılıb.
Oxunub: 1065
Oxşar xəbərlər
- Daha bir avtobus qəzası - Piyada öldü
- Daha bir yol yenidən qurulur
- Daha bir yaşlı insanı maşın vurub
- Daha bir piyada ölümü - `20 Yanvar`da
- Daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb
- Daha bir metro stansiyası təmirə bağlanır
- Daha 3 rayonda ASAN Xidmət açılacaq
- Daha bir ölkə səfirliyini Qüdsə köçürdü
- Daha bir küçə təmirə bağlanır
- Daha bir jurnalist vaxtsız vəfat etdi