Şamaxı RİH: Zəlzələlər nəticəsində dağıntı və tələfat qeydə alınmayıb


20:50     20 Noyabr 2021 21_11_20_1637423491.jpg

Şamaxı rayonunda baş verən zəlzələlər nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Bu barədə Femida.az-a Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, bu gün baş verən zəlzələr nəticəsində Şamaxı ərazisində dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb.

Qeyd edək ki, bununla bağlı rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində də məlumat yayılıb.

Açar sözlər:

Oxunub: 398