Göyçayda zəncirvari qəza olub, ölən və xəsarət alan var - FOTO


21:05     20 Noyabr 2021 21_11_20_1637424405.jpg

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107", "VAZ-2106" və "Mercedes Ateco" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 501