DİN: Zəlzələ zamanı dağıntı, insan tələfatı qeydə alınmayıb


20:33     20 Noyabr 2021 21_11_20_1637426460.jpg

Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a bildirilib ki, təbii hadisə itkisiz ötüşüb.

"Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb", - DİN-dən bildirilib.

Açar sözlər:

Oxunub: 232