Ərəb koalisiyası husilərin 105 silahlısını zərərsizləşdirib


09:37     21 Noyabr 2021 2021/11/843c4e36-2f1a-3a1f-8109-56023945fd50_850_1637472584.jpg

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası "Ənsarullah" (husilər-red) yaraqlılarının Yəməndə üç silahlı pilotsuz uçuş aparatını məhv edib.

Femida.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA koalisiyanın komandanlığına istinadən məlumat yayıb.

Koalisiya, həmçinin Yəmənin Əl-Beyda və Marib əyalətlərində son döyüşlər zamanı 105 husinin zərərsizləşdirilməsi və üsyançıların 19 hərbi maşınının məhv edilməsi barədə açıqlama yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 456