Liviya sahillərində 75 miqrant boğularaq ölüb


10:31     21 Noyabr 2021 2021/11/e7e6729b-064c-3e55-92ed-8a4742726951_850_1637472636.jpg

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən miqrant qayığı qəzaya uğrayıb.

Bu barədə Femida.az xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, qəza nəticəsində 75-dən çox qanunsuz miqrant boğularaq ölüb.

Sağ qalan 15 nəfər Liviyanın qərbindəki Zuvara şəhərində gəmiyə mindirilərək xilas olunub.

Son faciə ilə bu il Aralıq dənizində həyatını itirən qanunsuz miqrantların sayı 1 300 nəfəri keçib.

Femida.az

Açar sözlər:

Oxunub: 502