Bu gün "Qalatasaray" - "Fənərbağça" derbisi olacaq
11:13 21 Noyabr 2021
Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək.
Femida.az-ın məlumatına görə, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılacaq prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edəcək. "NEF Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.
İki kollektiv indiyədək Superliqada 128 dəfə üz-üzə gəlib. Bunların 35-də meydan sahibləri, 50-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb. Qolların nisbətində də "sarı-lacivərdlilər"in aşkar üstünlüyü var - 158:123.
Derbi öncəsi "Qalatasaray"ın heyətində 2 itki var. Arda Turan və Saşa Buy vacib görüşü buraxacaq. "Fənərbağça"da isə Altay Bayındır, Enner Valensia ve Luis Qustavo zədə səbəbindən oynamayacaq.
Qeyd edək ki, hazırda "Qalatasaray" 21 xalla 6-cı, rəqibindən 1 xal az toplayan "Fənərbağça" isə 8-ci pillədə qərarlaşıb.
Femida.az
Oxunub: 515
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir