“Biz eyni təhdidlərlə üzləşirik” - Rumıniyalı səfir


14:58     11 Yanvar 2016 ambasador-romania-azerbaidjan-daniel-cristian-ciobanu.jpg

“Azərbaycanla NATO arasında münasibətlər uğurla inkişaf edir. Bu əməkdaşlıq strateji əhəmiyyətə malikdir”.


Femida.az xəbər verir ki, bu barədə Rumıniyanın Azərbaycandakı səfiri, NATO- nun Azərbaycanda əlaqələndiricisi Daniel Kristian Çiobanu deyib.

Onun sözlərinə görə, bu ilin iyulunda NATO sammitinin keçirilməsi planlaşdırılır və Azərbaycan prezidenti İlham Əliyevin Varşavada baş tutacaq bu sammitdə iştirakına ümid edir. Diplomat bunun çox vacib sammit olduğunu vurğulayıb.

Səfir əlavə edib ki, beynəlxalq təhlükəsizlik hər gün daha çox əhəmiyyət kəsb edir:

“Biz eyni çağırışlar, eyni təhdidlərlə üzləşirik. Azərbaycan və NATO bu sahədə əməkdaşlıq edir".

Açar sözlər:

Oxunub: 881