Rusiyada 264 mindən çox pasiyent virusdan ölüb


13:37     21 Noyabr 2021 2021/11/f7aa9d66-450a-3c13-a0ce-219d3bad5506_850_1637485461.jpg

Rusiyada son sutkada daha 36 970 nəfər COVID-19-a yoluxub.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 331 158 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 1 252 nəfər artaraq 264 095-ə yüksəlib. Rusiyada indiyədək koronavirusa yoluxan 8 milyondan çox pasiyent sağalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 233