Xocavənddə icazəsiz daxil olan şəxs saxlanılıb - FOTO
13:51 21 Noyabr 2021
İşğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə rayonun Böyük Tağlar kəndi ərazisindəki stasionar postda “Mercedes” markalı avtomobil saxlanılıb.
Yoxlamalar zamanı avtomobilin sürücüsü Ağdaş rayon sakini Dilən Kazımovun işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün müvafiq icazəsi olsa da, avtomobildə olan digər şəxs Bərdə rayon sakini Bəhruz Əliyevin isə müvafiq icazəsinin olmadığı müəyyən edilib.
Avtomobilə müəyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən, mühərrik hissəsindən və salonundan 80 kiloqrama yaxın müxtəlif metal məmulatları aşkar olunub.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.
Femida.az
Oxunub: 577
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
- Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə avtobus qəzasında yaralanan 16 nəfər Bakıya təxliyə edilib
- Xocavənddə tikinti şirkətinin əməkdaşında narkotik aşkarlanıb
- Xocavənddə erməni hərbçinin meyitinin qalıqları tapılıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddən ehtiyat hissəsi aparmaq istədilər, polis saxladı
- Xocavənddə tank mərmiləri aşkarlanıb