Myanmada güclü dalğa 15 nəfəri öldürüb


14:45     21 Noyabr 2021 2021/11/0753d8ae-5878-3418-a599-d78b05172884_850_1637489619.jpg

Myanmanın cənubundakı Mon əyalətində sahil zolağında güclü dalğanın aparması nəticəsində azı 15 nəfər ölüb.

Femida.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli polis sözçüsünə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər sahil boyu gəzintiyə çıxan turistlər olub. Müvafiq xidmətlər axtarış-xilasetmə əməliyyatı aparır.


Femida.az

Açar sözlər:

Oxunub: 462