Liviyada girov saxlanılan 7 Türkiyə vətəndaşı azad edilib


15:58     21 Noyabr 2021 21_11_21_1637491214.jpg

Liviyanın şərqində 2 ildir girov saxlanılan 7 Türkiyə vətəndaşı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Qətər Kəşfiyyat Təşkilatının birgə səyi ilə azad edilib.
Femida.az -ın məlumatına görə, əsasən restoran sektorunda çalışmış İlker Sağlık, Doğan Kıssa, Nurettin Çalık, Halil Gözel, Ahmet Selvi, Hidayet Yaprak və Abdul Samet Akçay Türkiyəyə gətiriliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilən şəxslərlə telefonla əlaqə saxlayıb, onlara diləklərini çatdırıb. R. T. Ərdoğan Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsində əməyi olan hər kəsə də təşəkkür edib.

Açar sözlər:

Oxunub: 467