Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı 4-ə çatıb


16:47     21 Noyabr 2021 21_11_21_1637494014.jpg

Qazaxıstanın Akmola vilayətinin Şortandı kəndində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Femida.az Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 12 yaşlı yeniyetmə aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Bununla da hadisə qurbanlarının sayı 4-ə çatıb.

Bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib ki, noyabrın 16-da Şortandı kəndində kazarma tipli üç mənzilli evdə qaz balonunun partlaması nəticəsində 3 nəfər ölüb, daha 10 nəfər, o cümlədən 4 uşaq xəstəxanaya yerləşdirilib.

Partlayış və yanğın nəticəsində xəsarət alan daha 3 uşağın müalicəsi davam edir. Onlardan biri ağır vəziyyətdə bədəninin 60%-i yanığı ilə reanimasiyadadır.

Açar sözlər:

Oxunub: 187