Bakıda 23 yaşlı qız dəm qazından zəhərlənib


18:04     21 Noyabr 2021 21_11_21_1637503485.jpg

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü İbişova Sevinc Zöhrab qızı yaşadığı evdə dəm qazından zəhərlənib. 23 yaşlı gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 377