Cəlilabad sakini 3-cü mərtəbədən yıxılıb, vəziyyəti ağırdır


18:47     21 Noyabr 2021 xestexana_01888.jpg

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Uzuntəpə kənd sakini Fərzəliyev Qafur Bilal oğlu beşmərtəbəli binanın üçüncü mərtəbəsindən yıxılıb.

O müxtəlif xəsarətlərlə təcili yardım avtomobili ilə rayon xəstəxanasına çatdırılıb.

Yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 405