Kürdəmirdə qaydaları pozan sürücülər cərimələniblər


09:26     22 Noyabr 2021 2021/11/14F2FDB9-8385-4D5E-BE64-31D9BAE785FE_1637564134.jpeg

Kürdəmirdə qaydaları pozan sürücülər cərimələniblər.

Femida.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları növbəti dəfə şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarına riayət olunması ilə əlaqədar tədbir keçiriblər.

Yol polisi əməkdaşları tədbirlər zamanı küçə və prospektlərdə dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar. Xəbərdarlıqlara baxmayaraq qaydaları pozan avtomobillərin sahibləri barəsində isə inzibati qaydada protokollar tərtib olunub.


Femida.az

Açar sözlər: #DYP    

Oxunub: 241