Türkiyə ordusu bu il İraqda 831 terrorçunu zərərsizləşdirib


11:30     22 Noyabr 2021 2021/11/610E1CBA-29A1-4312-9AD5-F1FD3897C293_1637568942.jpeg

Cari ilin 7 ayı ərzində Türkiyə Silahlı Qüvvələri Şimali İraqda 831 terrorçunu zərərsizləşdirib, yaraqlıların sığınacaq kimi istifadə etdiyi 1 407 mağaranın girişini dağıdıb, 1 812 mina və partlamamış sursat aşkarlanaraq məhv edilib, eyni zamanda silah-sursat arsenalları aşkarlanıb.

Femida.az“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi qeyd edib ki, Türkiyə hərbçiləri İraqda “Pençe-Şimşək” və “Pençe-Yıldırım” əməliyyatlarını uğurla davam etdirir.

Müdafiə Nazirliyi Türkiyə xüsusi təyinatlılarının PKK yaraqlılarının fəaliyyət göstərdiyi İraqın dağlıq bölgələrində apardığı əməliyyatların görüntülərini də paylaşıb. Kadrlarda xüsusi təyinatlı əsgərlərinin PKK terrorçularının istifadə edə biləcəyi tunel və mağaraları üzə çıxarması göstərilir.

Yaraqlıları aşkar etmək üçün pilotsuz təyyarələrdən fəal istifadə olunur. Lazım gəldikdə hava qüvvələri və artilleriya zərbələri, həmçinin desant qüvvələrinin enişi həyata keçirilir.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə vəziyyəti gərginləşdirmək və parçalamaq üçün terror aktları həyata keçiriblər. ABŞ və Avropa Birliyi PKK-ı terror təşkilatları siyahısına salıb.

Femida.az

Açar sözlər: #Terror   #Türkiyə   #İraq    

Oxunub: 467