Türkiyə hökuməti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək
11:48 22 Noyabr 2021
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Femida.az "TRT Haber"ə istinadən xəbər verir ki, Beştəpə iqamətgahında baş tutacaq iclasda daxili və xarici gündəmə aid mövzular müzakirə olunacaq.
İclasda Suriya, Liviya və Şərqi Aralıq dənizindəki son vəziyyətə dair fikir mübadiləsi aparılacaq. Azərbaycan-Ermənistan sərhədində baş verənlərin də gündəmdə olacağı gözlənilir.
Terrorla mübarizə mövzusu, PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.
Türkiyə iqtisadiyyatının durumu, koronavirus pandemiyası ilə mübarizə tədbirləri, virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün atılacaq addımlar və peyvəndlənmə ilə bağlı vəziyyət də nəzərdən keçiriləcək.
İclasdan sonra Ərdoğan mətbuata qəbul edilən qərarlar barədə açıqlama verəcək.
Femida.az
Oxunub: 467
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib