Lənkəran sakininin avtomobilindən silah çıxdı


11:59     22 Noyabr 2021 2021/11/02BBB5A7-7410-4406-B4C3-B20A914E6200_1637569441.png

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "Vaz 2121" markalı avtomobillə saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az -a verilən məlumata görə, ŞRPŞ-də həmin avtomobilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş ov tüfəngi və həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.




Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 259