Ermənistanda koronavirusdan ölənlərin sayı 7308 nəfərə çatıb


13:28     22 Noyabr 2021 2021/11/7A9FA50F-10FD-4965-A0D7-6CB83BD09BED_1637573238.png

Ermənistanda son sutka ərzində daha 272 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 334 347 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 30 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7308-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1405 nəfərdir. Aktiv xəstələrin sayı 18 150 nəfər təşkil edir.

Femida.az

Açar sözlər: #Ermənistan   #COVİD-19    

Oxunub: 503