Küçəyə atılan körpə xəstəxanaya yerləşdirildi


13:53     22 Noyabr 2021 2021/11/CC79728C-161D-48EB-ADD6-28DF63751381_1637575412.png

Bakıda binalardan birinin girişinə atılan yeni doğulmuş qız uşağı xəstəxanaya yerləşdirilib.

Bu barədə Femida.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin körpə polis müşaiyəti ilə 1 saylı körpələr evində qeydiyyata alındıqdan sonra göndərişlə 2 saylı uşaq Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə paytaxtın mərkəzində - Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki binada qeydə alınıb. Azyaşlı Bakıdakı körpələr evindən birinə təhvil verilib.


Femida.az

Açar sözlər: #Körpə    

Oxunub: 546