Metronun üç stansiyasının iş vaxtı bir saat uzadılacaq


14:37     22 Noyabr 2021 2021/11/CE6A6FCC-F5C0-44BE-9E4E-11C6181F2245_1637577217.jpeg

Noyabr ayının 25-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

"QSC-dən Femida.az -a bildirilir ki, Klubun müraciəti və oyuna marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişik edib. Bununla əlaqədar olaraq, oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, habelə “Nəriman Nərimanov” və “28 May” stansiyaları noyabr ayının 25-dən 26-na keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Sərnişinlər mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Futbol oyununun başlanma vaxtı ərəfəsində “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Stansiyanın yerləşdiyi ərazidə keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə müvafiq işlər görüləcək.

Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirləri görüləcək.

Konfrans liqasının qrup mərhələsində uğur qazanaraq, Azərbaycan futbolu tarixində ilk dəfə UEFA miqyaslı yüksək reytinqli klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ” futbol klubuna parlaq qələbələrlə yeni-yeni mərhələlər və nailiyyətlər arzulayırıq.

Femida.az

Açar sözlər: #QSC   #Metro    

Oxunub: 340