BMT ilə bağlanmış sazişin müddəti uzadılıb


14:57     22 Noyabr 2021 2021/11/B6E2CC2B-9BF4-48BC-A715-DDD905BD82B0_1637578128.png

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb.

Femida.az -ın xəbərinə görə, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılıb.

Femida.az

Açar sözlər: #BMT    

Oxunub: 307