Azərbaycanda şikayətlərin böyük hissəsi qüsurlu mebel istehsalı ilə bağlıdır
15:38 22 Noyabr 2021
İstehlakçı hüquqlarının qorunmasında sahibkarların rolunu müəyyən edərək bu sahədə daha effektiv nəticə qazanmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iri şirkətlərin nümayəndələri ilə görüşləri davam etdirir.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, növbəti görüş mebel istehsalı və satışını həyata keçirən iri bazar iştirakçıları ilə baş tutub.
Görüşdə mebel istehsalı və satışı ilə əlaqədar cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Vurğulanıb ki, şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Müzakirə zamanı həmçinin, sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi və quraşdırmanın qüsurlu aparılmasından irəli gələn məsələlərə diqqət yetirilib.
Görüşdə həmçinin, Dövlət Xidməti tərəfindən vətəndaş müraciətləri ilə bağlı şirkətlərə ünvanlanan sorğulara qısa müddətdə və ətraflı cavab verilməsi məsələsi
qaldırılıb. Qeyd edilib ki, ötən dövrə nəzərən müsbət tendensiyalar müşahidə olunsa da, bəzi sahibkarların sorğulara formal yanaşaraq onları ətraflı cavablandırmaması kimi problemlər də qalmaqdadır. Bildirilib ki, müraciətlərin ədalətli araşdırılması yalnız sahibkarların və istehlakçıların qərəzsiz və doğru məlumatları əsasında aparıla bilər.
Tədbirdə çıxış edən sahibkarlar bu cür görüşlərin bazar iştirakçıları üçün faydalı olduğunu bildiriblər. Qeyd olunub ki, təmsil etdikləri sahədə sahibkarları birləşdirən
təşkilatların rolunun artırılması istehlakçılara göstərilən xidmətlərin daha keyfiyyətli olması üçün şərait yarada bilər.
Sahibkarlara satış zamanı istehlakçıların tam məlumatlanmasına, sifariş verilən məhsulların təhvil-təslim qaydalarına riayət olunmaqla təqdim edilməsinə və istehlakçı müraciətlərinin ətraflı araşdırılmasına diqqətin artırılması tövsiyə olunub.
Oxunub: 341
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib