“Gilan Dairy Farms” şirkəti firmanı məhkəməyə verib
16:12 22 Noyabr 2021
“Gilan Dairy Farms” MMC “Peqas” İstehsalat-Komersiya firmasını məhkəməyə verib.
“Report”un əldə etdiyi məlumata görə, MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, “Gilan Dairy Farms” şirkəti firmaya qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.
İddia hakim Leyla Əliyevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 20-nə təyin edilib.
Oxunub: 438