Azərbaycandan bu il üçün 2 fındıq partiyasının ixracına icazə verilməyib
17:22 22 Noyabr 2021
"Son dövrlər Avropa İttifaqına ixrac olunan fındıq məhsulunda aflatoksinin aşkarlanması halları artıb. Bu ilin ötən dövrü ərzində 49 fındıq partiyasında aflatoksin aşkarlanıb, 2 partiyaya isə Avropa İttifaqı tərəfindən notifikasiya göndərilib".
Femida.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O, fındıqda aflatoksinin yaranma səbəblərini də açıqlayıb: “Aparılan araşdırmalara əsasən, aflatoksinin aşkarlanmasının səbəbləri təsərrüfatlardan fındıqların vaxtından əvvəl yığılması və nəmlik tələblərinə uyğun olmayan şəraitdə saxlanması, bəzi emal müəssisələrində məhsulların açıq hava şəraitində saxlanması, çeşidləmə zamanı müasir texnologiyaların tətbiq edilməməsi, habelə iqlim amilləri ilə bağlıdır”.
Q.Təhməzli xatırladıb ki, aflatoksinin miqdarı 8-15 arası olduqda çeşidləmə, 15-dən artıq olduqda bitki yağı istehsalı üçün rafinasiya edilməlidir.
Oxunub: 487
Oxşar xəbərlər
- Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək
- Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb
- Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı göndərilib
- Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb
- Azərbaycandan İrana keçməyə cəhd edən şəxs saxlanılıb
- Azərbaycandan xaricə oxumağa gedənlərin sayı açıqlanıb
- Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minir
- Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndəriləcək
- Azərbaycandan İrana 20 məhkum ekstradisiya edilib
- Azərbaycandan keçməklə Çinə hərəkət edən qatar Qarsa çatdı