Mahaçqalada yaşayış binasında partlayış olub, ölən və yaralananlar var


19:07     22 Noyabr 2021 21_11_22_1637590082.jpg

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada ikimərtəbəli yaşayış binasında qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Femida.az "RİA Novosti”yə xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsindən bildiriblər.

Məlumata görə, dağıntılar altında bir nəfər qalıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 246